Cənubi Koreya dondurulmuş embrionların hüquqlarının qorunmasından imtina etdi

donembrCənubi Koreyanın Konstitusiya Məhkəməsi qəbul etmişdir ki, ekstrakorporal mayalanma (EKM) nəticəsində alınan embrionlar insan deyillər və buna görə də, insanların malik olduğu əsas hüquqlar onlara şamil edilməməlidir. Bu haqda JoongAng Daily məlumat vermişdir.
Dondurulmuş embrionların məhv edilməsi və ya tibbi tədqiqatlarda istifadə olunmasının onların insani hüquqlarını pozduğunu bəyan edən 13 şəxsdən ibarət şikayətçi qrupunu dinlədikdən sonra hakimlər yenə də mövcud qanunvericilikdə heç bir dəyişiklik etməmişlər. Bu qanunlara görə, embrionlar üzərində yuxarıda adı çəkilən əməliyyatları icra etməyə icazə verilir. Bundan əlavə, reproduktologiya klinikaları yaradılmasından 5 il sonra bütün saxlanılmış embrionları onların toplanması və qeyri-qanuni məqsədlərlə istifadəsinin qarşısını almaq üçün özləri məhv etməlidirlər.
Məhkəmənin fikrincə, EKM prosesində "artıq və lazımsız" rüşeymlərin yaradılması qaçınılmazdır və onların məhvi tibbi-bioloji etika normalarına uyğundur. Hakimlərin qərarı yalnız uşaqlığa implant edilməmiş rüşeymlərə şamil edilir.
Bundan başqa, məhkəmənin qərarına görə, EKM’dən sonra yaranmış rüşeymlərin istifadəsi üçün spermatozoid və yumurtahüceyrə donorlarından icazə alınmalıdır və onlar da istədikləri vaxt öz qərarlarını dəyişə bilərlər. Rüşeymlərin məhvi üçünsə belə icazə almağa ehtiyac yoxdur, onlar donorların icazəsi olmadan da məhv edilə bilər.
Məhkəmənin qərarı yerli birjalarda kök hüceyrələri ilə məşğul olan şirkətlərin aksiyalarının artmasına səbəb olmuşdur.

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: