Beyin travmaları cinsiyyət hormonu ilə müalicə olunacaq

bytrvmScienceDaily nin verdiyi məlumata görə, amerikan alimləri beyin travmalarının müalicə planına qadın cinsiyyət hormonu olan progesteronu (hamiləlik hormonu) daxil etməyi məsləhət görmüşlər. Məlum olduğu kimi, progesteron sadəcə cinsiyyət hormonu deyil, həm də neyrosteroiddir, yəni təkcə kişi və qadın cinsiyyət vəzilərində deyil, həm də mərkəzi sinir sistemində sintez olunur. Progesteron həmçinin, bu qrup maddələrdən allopreqnenolonun sələfidir. Neyrosteroidlər neyroprotektor (sinir hüceyrələrini müxtəlif zərərli təsirlərdən qoruyucu), sinaps funksiyalarının tənzimlənməsi, sinir liflərinin miyelinləşməsi, apoptoz (proqramlanmış hüceyrə ölümü) kimi proseslərdə iştirak edir. Bu məlumatlara əsaslanaraq alimlər progesteronun beyin travmalarının müalicəsində istifadə oluna bilmə imkanlarını araşdırmışlar. Bu tip travmaların ABŞ və bütün dünyada rast gəlinmə tezliyi son vaxtlarda artmaqdadır (əsasən İraq və Əfqanıstanda keçirilən hərbi əməliyyatlarla əlaqədar olaraq); Müvafiq olaraq, effektiv və təhlükəsiz müalicə metodlarının işlənib hazırlanmasına ehtiyac yaranmışdır. Bu yaxınlarda progesteronun mərkəzi sinir sistemi travmalarının müalicəsində klinik təsirini araşdıran iki tədqiqat başa çatmışdır. Bu tədqiqatların nəticələrinə əsaslanaraq, Atlantanın Emori universitetindən Donald Ştayn (Donald Stein) qeyd etmişdir ki, progesteronun beyin travmalarından sonra təyin olunması zədələnmiş orqanın funksiyalarının bərpa olunmasına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Progesteron travma nahiyəsində regional ödemi azaldır, nekrozlaşma sahəsini kiçildir, həmçinin buradakı neyronları mühafizə edir. Bütün bunlar öz növbəsində, beyin funksiyalarının normallaşmasına gətirib çıxarır. Ştaynın American Journal of Roentgenology yə yazdığı məktubda bildirdiyinə görə, progesteronun mərkəzi sinir sistemi travmalarının müalicəsində istifadəsi üçün əlavə müsbət arqument kimi onun yan təsirlərinin az olması, qəbulunun asanlığı, qiymətinin ucuzluğu və asanlıqla əldə edilə bilinməsini göstərmək olar.

Etiketlər: , , , , , , ,

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: