Qripdən ölüm genlərlə əlaqədardır

inflgenQripdən ölənlərin qan qohumları da əksər hallarda həmin səbəbdən dünyasını dəyişir. Bu fakt qripin ağır formaları ilə xəstələnməyə meylliliyin irsən keçdiyinə işarə edir. Belə nəticəyə Yuta Universiteti alimləri gəlmişlər. Bu xəstəlikdən ölüm riski dövrümüzdə də yüksək olaraq qalır.
Tədqiqatın rəhbəri Liza Olbrayt və əməkdaşları Yuta ştatı əhalisinin kompüter genealoji verilənlər bazasında qeydə alınmış qohumluq əlaqələrini və son yüz il ərzində bu ştatda verilmiş ölüm şəhadətnamələrini analiz etmişlər.


Alimlər hesablamışlar ki, bu zaman müddəti ərzində təxminən 5 min nəfər insan qrip xəstəliyinin qurbanı olmuşdur ki, bunların da demək olar ki, yarısı 1918-ci ildə "ispan qripi" pandemiyası dövrünə təsadüf edir. Daha sonra tədqiqatçılar həmin şəxslərin həyat yoldaşları və üçüncü dərəcəyə qədər olan qohumlarının da ölüm səbəblərini araşdırmışlar.
Müəyyən olunmuşdur ki, qripin qurbanları əksər hallarda bu xəstəlikdən ölənlərin qohumları, xüsusilə də yaxın qohumları imiş. Alimlərin topladığı verilənlərə görə, qohumluq əlaqəsi olmayanlara nəzərən qripdən ölənlərin bacı və qardaşları 74%, valideynləri 38%, uşaqları isə 60% daha çox hallarda bu xəstəliyə tutulmuşdur. Ölənlərin dayı və əmiləri, həmçinin kuzenləri (qan qohumları) qohum olmayanlara nəzərən müvafiq olaraq, 2216% daha çox halda qripdən ölmüşdür. Eyni zamanda, ölənlərlə qohumluq əlaqəsi olmayanlarda (onların həyat yoldaşları istisna olmaqla) ölüm riski xeyli aşağı olmuşdur. Mərhumların həyat yoldaşlarının onların qan qohumları olmadıqları halda həmin səbəbdən yüksək ölüm faizinə malik olması, alimlərin fikrincə, onların birgə yaşaması və virusun eyni təhlükəli ştammları ilə yoluxması səbəbindən olmuşdur.
Mütəxəssislər belə düşünür ki, xəstəliyin ağırlığı və ölüm, həm virus ştammının xüsusiyyətlərindən, həm də insan orqanizminin vəziyyətindən – onun yaşı və müşayiət edən digər xəstəliklərin olub olmamasından asılıdır. Olbrayt və kolleqalarının əldə etdiyi nəticələr, həmçinin irsi faktorun rolunu sübut edir.
Beləliklə, The Journal of Infectious Diseases tərəfindən bildirildiyi kimi, qripdən ölənlərin qan qohumlarının hər il bu xəstəliyə qarşı peyvənd olunması xüsusilə xeyirli ola bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: