Çin cərrahları qadını 45 kiloqramlıq şişdən azad etdilər

HuangQuandun mərkəzi xəstəxanasının həkimləri 45 kiloqramlıq nəhəng şişin çıxarılması üçün aparılan cərrahi əməliyyatın uğurla başa çatdığını xəbər verdilər. Əməliyyat 9 saatdan çox davam etmişdir.
Çoxsaylı neyrofibromatozu olan 36 yaşlı qadının dediyinə görə, şiş onun sağ sağrısı üzərində 20 ildən çoxdur ki, əmələ gəlmişdi. Bir neçə il onun ölçüsü toyuq yumurtasından da kiçik olmuş, sonradan sürətlə böyümüşdür.


Nəticədə qadın sərbəst yerimə qabiliyyətindən məhrum olmuşdur. Son iki ili o, yataqda keçirmiş, kiçik bacısı ona qulluq etmişdir. Xəstə qadının anası da bu xəstəlikdən əziyyət çəkmiş, 1990-cı ildə vəfat etmişdir.
Çoxsaylı neyrofibromatoz periferik sinirlərin qılafından xoşxassəli şişlərin inkişaf etməsi ilə gedən ağır bir irsi xəstəlikdir. Bu şişlər həddən artıq nəhəng ölçülərə çataraq insanın xarici görünüşünü tanınmayacaq dərəcədə dəyişə bilir.
Quandun mərkəzi xəstəxanasının baş cərrahı Huanq Quansianqın sözlərinə görə, şiş nəhəng ölçülü olduğu üçün onun çıxarılmasında eyni zamanda iki həkim qrupu iştirak etmişdir. Cənab Quansianq həmçinin qeyd etmişdir ki, çıxarılan şişin çəkisi xəstə qadının əməliyyatdan sonrakı bədən çəkisindən çox olmuşdur.
Qeyd etmək lazımdır ki, təbabət tarixində daha nəhəng neyrofibromatoz halları müşahidə olunmuşdur. Bir neçə il bundan əvvəl amerikalı Makkey Makkinonun rəhbərliyi altında cərrahlar qrupu Rumıniyalı qadının bədənindən 76 kiloqramlıq şiş çıxarmış, 90-cı illlərin əvvəllərində isə həkim Makkinon uğurla 90 kiloqramlıq bir neyrofibroması olan başqa bir xəstəni əməliyyat etmişdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: