Kişilər üçün hormonal olmayan kontraseptiv həblər hazırlanıb

kisikontraseptivAmerika alimləri kişilər üçün qeyri-hormonal kontraseptiv preparat hazırlamışlar. Daily Mail tərəfindən verilən məlumata görə, gündə bir dəfə qəbul edilən bu yeni preparat meymunlar üzərində sınaqdan keçirilmişdir.
CDB-4022 adlandırılmış həmin preparat spermatozoidlərin əmələ gəlmə prosesinin erkən mərhələlərinə təsir edir. Yeni preparatın üstün cəhətləri isə onun hormonal preparatlar üçün xarakterik əlavə təsirlərinin olmaması effektinin geri dönən olmasıdır.


Bioqual tədqiqat şirkətinin mütəxəssisləri Pittsburq və İllinoys Universitetlərinin alimləri ilə birgə yeni kontraseptiv vasitəni meymunlar üzərində sınaqdan keçirmişlər. Erkək meymunların bir qrupu bir həftə ərzində gündəlik olaraq CDB-4022, digər qrupu isə plasebo qəbul etmişdir.
Tədqiqatçıların verdiyi məlumata görə, bir müddətdən sonra birinci qrupa aid olan meymunlarda spermatozoidlərin konsentrasiyası azalmağa başlamış, 17 gündən sonra isə onlar tamamilə mayalandırma qabiliyyətini itirmişlər. Hər hansı ciddi bir əlavə təsir müşahidə olunmamışdır. Preparatın qəbulu dayandırıldıqdan 4 ay sonra, meymunların mayalandırma qabiliyyəti tamamilə bərpa olunmuşdur.
Alimlərin dediyinə görə, kişilər üçün bu yeni kontraseptiv vasitə qadınları süd vəzisi xərçəngi riskini artıran, tromboza səbəb olan hormonal kontraseptivlərin qəbulundan azad edəcək. Həmçinin yeni preparat hal-hazırda kişilər üçün tətbiq olunan kontrasepsiya metodları, xüsusilə də vazektomiya üçün alternativ olacaq. Alimlər preparatın qəbul tezliyinin həftədə bir dəfəyə endirilməsini planlaşdırır. Preparatın klinik sınaqları yaxın gələcəkdə başlayacaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: