Menopauzada hormonal terapiya cinsi meyli geri qaytarır

Qadınlarda klimaksın mənfi nəticələrinin aradan qaldırılması üçün istifadə olunan əvəzedici hormonal müalicə seksual meyli artırmağa kömək edir. Tərkibində progesteronestrogen olan "Prempo" dərman preparatını sınaqdan keçirən Çikaqo İllinoys Universiteti alimləri belə nəticəyə gəlmişlər.
Polin Makinin rəhbərliyi altında aparılan tədqiqatda 182 nəfər qadın iştirak etmişdir. Menopauza dövrünə girdikdən sonra onların yarısı kombinə olunmuş hormonal preparat, digər yarısı isə plasebo qəbul etmişlər.


Dörd aydan sonra alimlərin apardığı sorğu göstərmişdir ki, kontrol qrup ilə müqayisədə hormon qəbul etmiş qadınlar seks barədə 33% çox düşünmüş, 44% artıq cinsi meyl hiss etmişlər.
Postmenopauza dövrünə qədəm qoyduqda cinsi aktivlik xeyli aşağı düşür. Statistikaya görə, qadınların 30-70%-i seksual meylin yoxluğu cinsi əlaqədən qane olmama, həmçinin, cinsi əlaqə zamanı xoşagəlməz hisslərə səbəb olan uşaqlıq yolu quruluğundan şikayətlənir.
Alimlərin fikrincə, əvəzedici hormonal terapiya bu problemin həllinə kömək edə bilər.
Buna baxmayaraq, hormonal əvəzləyici terapiyanın bu məqsədlə təyini hələlik sual altındadır və buna fərdi qaydada qərar verilməlidir. Belə müalicə vegetativ pozğunluqların osteoporozun qarşısını alsa da, bir sıra əlavə təsirləri vardır və insult, süd vəzisi xərçəngi kimi xəstəliklərin yaranma ehtimalını artırır.
Tədqiqatın nəticələri New Scientist jurnalında dərc olunmuşdur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: