Arıqlıq köklükdən də təhlükəlidir

Əvvəldən də bildiyimiz kimi, köklük sağlamlığa ziyandır. Lakin son vaxtların elmi tədqiqatları göstərmişdir ki, arıqlıq orqanizm üçün köklükdən daha təhlükəlidir. Başqa sözlə desək, çox kök və çox arıq insanlar həyatlarını genetik müəyyən olunmuş zaman müddəti qədər davam etdirə bilməmə təhlükəsi altındadırlar. Bəs uzunömürlülük və sağlamlığın “qızıl mərkəzini” harada axtarmaq lazımdır?

Köklərdən başlayaq. Onlarda adətən təngnəfəslik, artmış infarkt, insult, şəkərli diabet, hipertoniya, ateroskleroz riski və s. müşahidə olunur. Belə çıxır ki, bütün bu xəstəliklərdən azad olmaq üçün arıqlamaq lazımdır? Bəli. Bədən çəkisi azaldıqca bu xəstəliklərin əksəriyyəti insanı tərk edir. Lakin arıqlama zamanı yeni xəstəliklər qazanmamağa çalışmaq lazımdır.
Bəs sağlam insanın optimal bədən çəkisi nə qədər olmalıdır? Dietoloqların böyük əksəriyyəti və Dünya Səhiyyə təşkilatı öz işlərində Ketle indeksinə əsaslanır. Bu indeks belə hesablanır: bədənin kilogramlarla çəkisi, bölünsün boyun metrlə hündürlüyünün kvadratına. Məsələn, tutaq ki, insanın boyu 170 sm, çəkisi 65 kiloqramdır. Bu zaman hesablama belə aparılacaq: 65 / (1,7 x 1,7) = 22,5 .
Belə qəbul olunmuşdur ki, Ketle indeksinin normal hüdudları 18,5 və 24,9 arasındadır. 18,5-dən aşağı göstərici təhlükəli arıqlıq, 24,9-dan yuxarı göstərici isə həddən artıq köklüyə işarə edir. Indeksin 30-dan yuxarı olması isə artıq piylənmənin başlamaq üzrə olduğunu göstərir.
Hal-hazırda əhalinin böyük əksəriyyəti arıqlamağa çalışır. Bunu nəzərə alan alimlər bir sıra tədqiqatlar aparmışlar. Aydın olmuşdur ki, arıqlıq ömrün uzunluğuna təsirinə görə köklükdən daha təhlükəlidir. Ən aşağı ölüm göstəriciləri Ketle indeksi ilə 23-25 aralığında qeydə alınmışdır. Bu göstəricilərdən aşağı və ya yuxarı getdikcə ölüm göstəricisi artır. Lakin ən maraqlısı odur ki, aşağı, yəni arıqlığa doğru getdikcə bu göstərici daha sürətlə artır. Buradan belə nəticə çıxır ki, özünü bədən çəkisinə görə sağlam hesab edənlərin (Ketle indeksi 18-23 arası olan) az qala yarısı təhlükə altındadır. Bu nəticəyə gələn Norveç alimləri hesablamışlar ki, həddən artıq arıqlıq ömrü 8 il, həddən artıq köklük isə 4 il qısaldır. Daha sonra digər alimlər də bu nəticələri təsdiqləmişlər.
Həddən artıq arıq insanlar arasında bədxassəli şişlər, ürək xəstəlikləri, infarkt və insult səbəbi ilə ölüm halları artmaqdadır. Onlarda həmçinin, depressiv vəziyyətlərə tez-tez rast gəlinir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: