Alimlər xərçəng xəstəliyinin qranulosit köçürməklə müalicəsini təklif edir

ABŞ alimləri hesab edir ki, donor qranulositlərinin köçülməsi onkoloji xəstəliklərin müalicəsində perspektiv üsul ola bilər.
Nyu Sayentist jurnalının verdiyi xəbərə görə, bəzi insanların qranulositlərinin xərçəng əleyhinə güclü təsirinin olduğu aşkar edilmişdir.

Qranulositlər sitoplazmasında dənəciklər (qranullar) olan leykositlərdir və sümük iliyində əmələ gəlirlər. Bu hüceyrələrin əsas vəzifəsi orqanizmi bakteriyalardan qorumaqdır.
Şimali Karolinadakı Ueyk Forest Universiteti alimləri qranulositlərin xərçəng əleyhinə təsir xüsusiyyətlərini araşdırmışlar. Onlar 100 nəfər könüllüdən alınmış nümunələrdən götürdükləri qranulositləri uşaqlıq boynu xərçəngi hüceyrələri ilə qarışdırmış, iki sutkadan sonra sağ qalmış xərçəng hüceyrələrinin sayını müqayisə etmişlər. Nümunələr bir-birindən xeyli fərqlənmişdir: ən yaxşı halda qranulositlər xərçəng hüceyrələrinin 97%-ini, ən pis halda isə 2%-ini məhv etmişdir. Ən zəif qranulositlərin sahibləri isə onkoloji xəstəlikləri olanlar, 50 yaşdan yuxarı könüllülər və stress keçirənlər olmuşdur. Bundan əlavə, leykositlərin təsir qabiliyyətinin ilin fəsillərindən də asılı olduğu qeydə alınmış, noyabr ayından aprel ayına qədər aktivliyin xeyli aşağı olduğu diqqəti cəlb etmişdir.
Başqa bir tədqiqatda qranulositlərin xərçəng əleyhinə təsiri sağlam siçanlardan xəstə siçanlara köçürülmə ilə təsdiqlənmişdir.
Hal-hazırda donor qranulositlərinin köçürülməsi ağır immun defisitli xəstələrin müalicəsində istifadə olunur.
Yuxarıda haqqında danışılan Şimali Karolinanın Ueyk Forest Universiteti alimləri gələn ilin yay aylarında onkoloji xəstələrə xərçəng əleyhinə yüksək aktivliyə malik qranulositlər köçürməklə yeni bir təcrübəyə başlamağı planlaşdırırlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: