Depressiya ateroskleroza səbəb olur

Ateroskleroz arterial damarların okklüziyası (mənfəzinin tutulması) ilə gedən xəstəlikdir, miokard infarktı və insult kimi xəstəliklərə səbəb olur. Müasir cəmiyyətdə depressiya hallarının sayının artmasıni nəzərə alsaq, bu tədqiqat həm həkimlər, həm də sağlamlığının qeydinə qalan insanlar

üçün əhəmiyyətlidir.
Bir qrup Indianapolisli alim orta yaşı 60,6 olan 324 nəfər kişi və qadın üzərində araşdırma aparmışdır.
Ürək-damar xəstəliklərinin erkən əlamətlərini müəyyən etmək üçün bu şəxslərdə arteriyaların intima qişasının qalınlığını ölçmüşlər. Üç ildən sonra bu ölçməni bir də təkrarlamışlar.
Müəyyən olunmuşdur ki, orta ağırlıqli və yüngül depressiya aterosklerozun inkişafını sürətləndirir. Həyəcan, hirslənmə arteriya divarlarının qalınlığına təsir etməmişdir. Nəticələrin analizindən belə məlum olmuşdur ki, depressiyanın yalnız somatik simptomları damarların vəziyyətinə təsir edir.
Alimlər həmçinin, müayinə olunan şəxslərdə ateroskleroz əlamətləri inkişaf etməmişdən əvvəl depressiya simptomlarının olduğunu aydınlaşdırmışlar. Hələki həmin alimlər depressiyanın orqanizmə bu cür təsir etməsinin səbəbini tam dəqiq izah edə bilmirlər. Onlar qeyd edirlər ki, depressiya müxtəlif fizioloji dəyişikliklər yaradır, o cümlədən immun sistemə güclü təsir edir və ehtimal ki, depressiyanın aterosklerotik təsiri məhz immun sistemə təsirlə birbaşa əlaqəlidir.
Üzərində tədqiqat aparılan şəxslərin antidepressantlar (serotoninin neyronal geri udulmasının selektiv inhibitorları, SNUSI) qəbul etmişlər. Bu pasiyentlərdə ateroskleroz yavaş inkişaf etmişdir. Lakin antidepressant qəbul edən pasiyentlərin sayı az olduğu üçün SNUSI-nın aterosklerozun inkişafının tormozlanması üçün tətbiqi barədə fikir söyləmək mümkün deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma


%d bloqqer bunu bəyənir: