Xərçəng xəstəsi britaniyalı qadının uşaqlığı özünün icazəsi olmadan məcburi surətdə çıxarılacaq

28 İyun 2010

crrhiXərçəng xəstəsi britaniyalı qadının uşaqlığı özünün icazəsi olmadan məcburi surətdə çıxarılacaq. Məlumatı The Daily Telegraph yayıb. Bu barədə qərarı, ruhi xəstələrin maraqlarının qorunması ilə məşğul olan Böyük Britaniya Hamilik məhkəməsinin ailəvi işlər üzrə şöbəsinin sədri Nikolas Voll (Nicholas Wall) vermişdir.
Məhkəmə, uşaqlıq xərçəngindən başqa həmçinin, öyrənmə qabiliyyətinin inkişaf pozğunluğundan əziyyət çəkən 55 yaşlı qadınının cərrahi əməliyyat barədə düzgün qərar verə bilmək iqtidarında olmadığını təsdiqləmişdir. Deyilənə görə, qadın əvvəlcə şişin cərrahi müalicəsinə razılıq vermiş, sonra isə fikrini dəyişmiş və bunu həkimlərdən və iynədən qorxması ilə izah etmişdir. Bu yazının qalanını oxu »

Hendra virusu ilə kontaktda olmuş avstraliyalılar eksperimental dərmanla müalicə olunacaq

27 İyun 2010

hndrTəhlükəli Hendra virusu ilə kontaktda olmuş iki avstraliyalı qadın eksperimental dərman ilə müalicə olunacaq, bu haqda Courier Mail məlumat verib. Amerikalı həkimlər tərəfindən antitellər əsasında hazırlanmış bu preparat müalicəvi məqsədlə istifadə olunmaq üçün nəzərdə tutulmamışdı və yalnız heyvanlar üzərində klinik sınaqlardan keçirilmişdi.
Hendra virusunun törətdiyi xəstəliyin alovlanması keçən ayın ikinci yarısında Avstraliyanın Kvinslend ştatında müşahidə olunmuşdu. Nəticədə bir at infeksiyadan ölmüşdü. Bu heyvan ilə kontaktda olmuş 12 şəxs arasında Rebekka Dey (Rebecca Day) və onun 12 yaşlı qızı Molli (Mollie) də vardı. Bu yazının qalanını oxu »

Böyümə hormonu

26 İyun 2010

bhBöyümə hormonunun (somatotrop hormon, somatotropin) sintezi və sekresiyası hipotalamusdan ifraz olunan rilizinq-hormon somatostatinin idarəsinə tabedir. Böyümə hormonunun sekresiyasını artıran faktorlara aclıq hipoqlisemiyası (qanda şəkər səviyyəsinin aşağı olması), stressin müxtəlix növləri və xüsusilə, intensif fiziki iş misal ola bilər. Hormon həmçinin, dərin yuxuda olarkən ifraz olunur. Bundan əlavə, stimulyasiya olmadıqda belə, hipofiz epizodik olaraq çoxlu miqdarda böyümə hormonu sekresiya edir. Bu yazının qalanını oxu »

Cənubi Koreya dondurulmuş embrionların hüquqlarının qorunmasından imtina etdi

25 İyun 2010

donembrCənubi Koreyanın Konstitusiya Məhkəməsi qəbul etmişdir ki, ekstrakorporal mayalanma (EKM) nəticəsində alınan embrionlar insan deyillər və buna görə də, insanların malik olduğu əsas hüquqlar onlara şamil edilməməlidir. Bu haqda JoongAng Daily məlumat vermişdir.
Dondurulmuş embrionların məhv edilməsi və ya tibbi tədqiqatlarda istifadə olunmasının onların insani hüquqlarını pozduğunu bəyan edən 13 şəxsdən ibarət şikayətçi qrupunu dinlədikdən sonra hakimlər yenə də mövcud qanunvericilikdə heç bir dəyişiklik etməmişlər. Bu qanunlara görə, embrionlar üzərində yuxarıda adı çəkilən əməliyyatları icra etməyə icazə verilir. Bu yazının qalanını oxu »

Süd vəzisi xərçəngi əleyhinə profilaktik vaksin hazırlanmışdır

24 İyun 2010

brc_vaksinThe Times ’ın yaydığı məlumata görə, amerikan alimləri siçanlar üzərindəki müşahidələrdə əhəmiyyətli profilaktik təsir göstərən vaksin hazırlamışlar. Premaratın insanlar üzərində klinik sınaqlarına iki ildən gec olmayaraq başlanılacaq. Tədqiqat haqqında ətraflı məlumat Nature jurnalında dərc edilmişdir.
Bir qayda olaraq, şiş əleyhinə vaksin hazırlanmasını çətinləşdirən odur ki, xərçəng hüceyrələrinin antigenləri orqanizm üçün yad deyil və həmin orqanizmin öz immun sistemi bu hüceyrələrə hücum etmir. Bu yazının qalanını oxu »

Uşaqlıq yolunda akupunktura nöqtələri axtardığına görə çin təbabəti mütəxəssisinin lisenziyası əlindən alınmışdır

23 İyun 2010

akkupunkturaBir neçə qadın pasiyentinin onların cinsi orqanları ilə "qəribə" manipulyasiyalar etdiyi barədə şikayətindən sonra, Çin xalq təbabəti mütəxəssisi avstraliyalı Grant Vuya (Grant Woo) peşəsi üzrə fəaliyyət göstərmək qadağan edilmişdir. Bu barədə Herald Sun məlumat vermişdir.
Bu qadınlardan birinə Melburn şəhəri ətrafındakı Cənubi Yarrada yerləşən şəxsi klinikasında, Vu vaginal barmaq müayinəsi etmiş, və bunun "daxili akupunktura nöqtəsi"nə təsir göstərmə üsulu olduğunu söyləmişdir. Bu yazının qalanını oxu »

Monoton iş şəraiti vaxtındanəvvəl doğuş riskini artırır

22 İyun 2010

hmllHollandiyalı alimlər müəyyən etmişlər ki, hamiləlik zamanı darıxdırıcı ev işləri ilə məşğul olmaq vaxtındanəvvəl doğuş riskini artırır. Bu haqda The Daily Mail məlumat verir. Rotterdamdakı Erazm Universitetində (Erasmus University Rotterdam) Hayo Vildşutun (Hajo Wildschut) rəhbərliyi altında mütəxəssislər qrupunun apardığı tədqiqatın nəticələri Perinatal Epidemiology jurnalında dərc olunmuşdur.
Alimlər, hamiləlik vaxtı fiziki aktivlik səviyyəsini müəyyən etmək üçün 12 min nəfərə yaxın yeni doğmuş qadınlar arasında sorğu aparmışlar. Bundan əlavə, iştirakçılardan öz iş yerlərini, doğulan uşağın bədən çəkisini və həmçinin neçə aylıq doğulduğunu qeyd etmələri istənilmişdir. Bu yazının qalanını oxu »

Beyin travmaları cinsiyyət hormonu ilə müalicə olunacaq

6 Yanvar 2010

bytrvmScienceDaily nin verdiyi məlumata görə, amerikan alimləri beyin travmalarının müalicə planına qadın cinsiyyət hormonu olan progesteronu (hamiləlik hormonu) daxil etməyi məsləhət görmüşlər. Məlum olduğu kimi, progesteron sadəcə cinsiyyət hormonu deyil, həm də neyrosteroiddir, yəni təkcə kişi və qadın cinsiyyət vəzilərində deyil, həm də mərkəzi sinir sistemində sintez olunur. Progesteron həmçinin, bu qrup maddələrdən allopreqnenolonun sələfidir. Neyrosteroidlər neyroprotektor (sinir hüceyrələrini müxtəlif zərərli təsirlərdən qoruyucu), sinaps funksiyalarının tənzimlənməsi, sinir liflərinin miyelinləşməsi, apoptoz (proqramlanmış hüceyrə ölümü) kimi proseslərdə iştirak edir. Bu yazının qalanını oxu »

Amerikan cərrahları ilk dəfə olaraq soxulcanabənzər çıxıntını (appendiks) uşaqlıq yolundan çıxarmışlar

16 İyun 2008

appendix26 mart 2008-ci il tarixində Kaliforniya universiteti nəzdindəki San-Diyeqo Tibb mərkəzinin həkimləri ABŞ-da ilk dəfə olaraq iltihablaşmış appendiksi (appendisit) uşaqlıq yolu üzrə çıxarmışlar. Science Daily-nin verdiyi məlumata görə, 50 dəqiqəyə yaxın davam edən bu əməliyyat uğurla nəticələnmişdir.
Qeyri-adi əməliyyat Kaliforniya universitetinin aspirantı olan Diana Şlamadinger üzərində icra olunmuşdur. Pasiyentin sözlərinə görə, o, əməliyyatdan sonra çox zəif – 10 ballıq şkala üzrə 0,5-1 bal qədər ağrı hiss etmişdir. Bu yazının qalanını oxu »

Qrip əleyhinə universal peyvənd hazırlandı

20 Yanvar 2008

inflvccnABŞ və Böyük Britaniya alimləri A tipli qripp virusunun bütün növ müxtəlifliklərinə qarşı uzunmüddətli müdafiəni təmin edən peyvəndin klinik sınaqlarının birinci mərhələsinin başa çatması haqda bəyanat vermişlər. Yeni preparat mövsümi qrip epidemiyaları ilə mübarizə üçün peyvəndlərin hər il yenilənmə məcburiyyətini aradan qaldıracaq.
Müasir qrip əleyhinə peyvəndlər səthi virus zülalları olan hemaqqlütinin və neyraminidazanı tanımaqda immun sisteminə kömək edir. Tez-tez baş verən mutasiyalar nəticəsində bu zülalların strukturu dəyişildiyinə görə, qripin yeni növ müxtəliflikləri ilə mübarizədə hər dəfə yeni peyvəndlər tələb olunur.
Bu yazının qalanını oxu »